Bakı. Trend:
ABŞ hökuməti ABŞ-də istehsal olunmayan bir sıra mallara rüsumların ləğv olunmasını nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, son həftələrdə Prezident Tramp onlarla malı qarşılıqlı tariflərdən azad edib.
Ölkələr ABŞ ilə ticarət razılaşmaları əldə etdikdən sonra kənd təsərrüfatı məhsullarından tutmuş təyyarə hissələrinə qədər daha yüzlərlə malın azad edilməsini təklif edib.