...

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib

Siyasət Materials 18 Oktyabr 2025 14:10 (UTC +04:00)
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib.

Trend xəbər verir ki, qardaş ölkənin müdafiə nazirliyi Azərbaycanın müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə əlaqədar sosial şəbəkədə paylaşım edib.

Paylaşımda iki qardaş ölkənin birliyinin sarsılmazlığı vurğulanır.

“Qardaş Azərbaycan xalqını səmimi-qəlbdən salamlayırıq. Biz “Bir millət, iki dövlət” kəlamı kontekstində həmişə bir olacağıq. Yaşasın Türkiyə və Azərbaycan!”, - nazirliyin paylaşımında bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti