...

Bu ilin 9 ayı ərzində Azərbaycan və Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi artıb

İqtisadiyyat Materials 17 Oktyabr 2025 19:19 (UTC +04:00)
Bu ilin 9 ayı ərzində Azərbaycan və Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv dövlətlərlə ticarət dövriyyəsi təxminən 15 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Komitənin hesabatı əsasında aparılmış hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz və ya 1,6 milyard ABŞ dolları artıb.

Hesabat dövründə Aİ ölkələri ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 42 faizini təşkil edib.

Aşağıdakı cədvəldə cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Aİ ölkələri ilə ticarət əməliyyatlarına dair statistik məlumatlar təqdim olunur:

Ölkənin adı

İxrac

(min ABŞ dolları)

İdxal

(min ABŞ dolları)

Avropa İttifaqı ölkələri üzrə ümumi həcm

12 870 256,00

2 095 128,76

Almaniya

468 173,20

635 092,99

Аvstriya

43 680,24

90 664,37

Belçika

1 357,76

50 679,28

Bolqarıstan

584 812,72

17 465,11

Çexiya

703 093,06

55 260,69

Danimarka

54 521,15

24 792,43

Estoniya

18 219,69

9 463,23

Finlandiya

112,68

21 657,19

Fransa

89 863,45

175 656,59

Xorvatiya

537 949,03

3 940,45

İrlandiya

174 269,72

31 660,83

İspaniya

9 854,47

160 408,88

İsveç

1 080,16

27 401,98

İtaliya

8 530 408,88

374 232,98

Kipr

7 942,11

678,88

Latviya

6 862,80

11 391,43

Litva

2 874,43

17 689,86

Lüksemburq

70,99

744,21

Macarıstan

1 680,49

40 299,07

Malta

4 170,01

352,50

Niderland

140 845,17

96 029,32

Polşa

8 176,39

113 220,49

Portuqaliya

385 114,24

10 568,46

Rumıniya

456 278,43

47 556,30

Slovakiya

564,78

30 857,97

Sloveniya

8 134,13

18 874,60

Yunanıstan

630 145,83

28 488,66

Məqalədə:
Xəbər lenti

Xəbər lenti