Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana məhsul idxalının həcmi 16,769 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, idxalda dövlət sektoru 5,129 milyard dollar, özəl sektor 10,033 milyard dollar, fiziki şəxslər isə 1,607 milyard dollar paya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 31,3%, 7,9% və 11,4% artıb.
Hesabat dövründə dövlət sektorunun idxalda xüsusi çəkisi 30,58%, özəl sektorun 59,84%, fiziki şəxslərin isə idxalda payı 9,58%-ə bərabər olub.
Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan məhsul ixracının dəyəri 18,606 milyard ABŞ dolları olub.
Məlumata görə, ixracda dövlət sektoru 8,300 milyard dollar, özəl sektor 10,220 milyard dollar, fiziki şəxslər isə 86,805 milyon dollar paya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 12,6%, 0,4% və 9,6% azalıb.
Hesabat dövründə dövlət sektorunun ixracda xüsusi çəkisi 44,61%, özəl sektorun 54,93%, fiziki şəxslərin isə idxalda payı 0,47%-ə bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 877 milyon ABŞ dolları və ya 2,5% çoxdur.
Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3% azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.
Nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.