...

Azərbaycanın neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 18 Oktyabr 2025 12:32 (UTC +04:00)
Azərbaycanın neft qiymətlərinin həftəlik İCMALI
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) и “Dated Brent” xam neft markalarının orta qiymətlərinin azalması qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan “Azeri Light CIF” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 5,15 ABŞ dolları və ya 7,4 faiz azalaraq, bir barelə görə 63,99 ABŞ dolları təşkil edib.

Həftə ərzində maksimum qiymət bir barelə görə 66,28 ABŞ dolları, minimum qiymət isə 62,17 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin orta qiyməti bir barelə görə 62,26 ABŞ dolları olub ki, bu da əvvəlki həftənin göstəricisindən 5,25 dollar və ya 7,8 faiz aşağıdır. Həftə ərzində maksimum qiymət 64,64 dollar, minimum isə 60,25 dollar təşkil edib.

“Urals” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 4,14 dollar və ya 7,6 faiz azalaraq, bir barelə görə 50,28 ABŞ dolları olub. Həftə ərzində maksimum qiymət 51,75 dollar, minimum isə 49,07 dollar təşkil edib.

“Dated Brent” markalı neftin orta qiyməti bir barelə görə 64,26 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 4,59 dollar və ya 6,8 faiz azdır. Maksimum qiymət 64,26 dollar, minimum qiymət isə 60,91 dollar olub.

Neft / tarix

13.10.2025

14.10.2025

15.10.2025

16.10.2025

17.10.2025

Orta qiymət

Azeri LT CIF

$66,28

$64,11

$64,26

$63,15

$62,17

$63,99

Azeri Light FOB Ceyhan

$64,64

$62,44

$62,55

$61,41

$60,25

$62,26

Urals (EX NOVO)

$51,75

$50,24

$50,41

$49,91

$49,07

$50,28

Dated Brent

$64,26

$62,58

$62,61

$61,78

$60,91

$62,43

Məqalədə:
Xəbər lenti

Xəbər lenti