...

Polşa aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib

Cəmiyyət Materials 17 Oktyabr 2025 23:30 (UTC +04:00)
Polşa aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 17-də “LOT Polish Airlines” aviaşirkətinə məxsus, Varşava–Daşkənd marşrutu üzrə hərəkət edən “Boeing 737” tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Beynəlxalq hava limanından Trend-ə bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətində yaranmış problem olub.

Hava gəmisinin enişi yerli vaxtla saat 22:25-də təhlükəsiz şəkildə həyata keçirilib.

Sərnişinə tibbi heyət tərəfindən dərhal zəruri ilkin tibbi yardım göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq hava nəqliyyatı standartlarına uyğun şəkildə fəaliyyət göstərərək, fövqəladə hallarda operativ reaksiya, təhlükəsizlik və insan amilini əsas prioritet kimi qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti