Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +13 dərəcədən +16 dərəcəyədək, gündüz +19
dərəcədən +23 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 765 mm civə
sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %,
gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış
yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq
küləyi əsəcək.
Havanın temperaturu gecə +12 dərəcədən +16 dərəcəyədək, gündüz +20
dərəcədən +24 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən +4
dərəcəyədək, gündüz +5 dərəcədən +10 dərəcəyədək olacaq.