...

Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə heyvanların ölkəmizə idxalı məhdudlaşdırılır

Cəmiyyət Materials 17 Oktyabr 2025 16:32 (UTC +04:00)
Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə heyvanların ölkəmizə idxalı məhdudlaşdırılır
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı 2025-ci il 25 oktyabr tarixindən etibarən məhdudlaşdırılır.

Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək:

"Həmçinin mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı 2025-ci il 25 oktyabr tarixindən etibarən məhdudlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti