...

Lənkəranda 1550 abonentin qaz təchizatında fasilə olacaq

Cəmiyyət Materials 18 Oktyabr 2025 05:38 (UTC +04:00)
Lənkəranda 1550 abonentin qaz təchizatında fasilə olacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Lənkəran rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Ələt–Astara–İran İslam Respublikası Dövlət sərhədi (M3) avtomobil yolu üzərində yerləşən iki ədəd körpünün yenidən qurulması ilə bağlı olaraq, yolun 197-ci kilometrində Girdəni çayı üzərində tikiləcək yeni körpünün inşası məqsədilə Lənkəran rayonu ərazisində yerləşən Göyşaban və Ürgə kəndləri, həmçinin Liman qəsəbəsinin Xutor adlanan hissəsində ümumilikdə 1550 abonentin qaz təchizatının 20.10.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qurumdan əlavə olunub ki, qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik.

Xəbər lenti

Xəbər lenti