...

Azərbaycan alüminium idxalını artırıb, ixracını isə azaldıb

İqtisadiyyat Materials 17 Oktyabr 2025 13:01 (UTC +04:00)
Azərbaycan alüminium idxalını artırıb, ixracını isə azaldıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 155,789 milyon ABŞ dolları dəyərində 55,2 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,9 milyon ABŞ dolları və ya 2,6% artıb, həcm baxımından isə 1,4 min ton və yaxud 2,5% azalıb.

Hesabat dövründə ixrac olunan alüminium və ondan hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 0,84%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 5,88% təşkil edib.

Eyni zamanda 2025-ci ilin ilk doqquz ayında Azərbaycana 166,126 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar idxal edilib. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 42,1 milyon ABŞ dolları və ya 34% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti