Bakı. Trend:
"Transfermarkt" Avropanın futbol çempionatlarındakı oyunçuların ümumi dəyərləri ilə bağlı yeni siyahı dərc edib.
Trend xəbər verir ki, hazırda qitənin ən dəyərli çempionatı İngiltərə Premyer Liqasıdır.
Məlumata görə, Çempionatın ən bahalı komandası "Arsenal" olaraq qalır - 1,21 milyard avro. "Mançester Siti" isə 1,21 milyard avro ilə 2-cidir.
Qitənin 2-ci ən dəyərli liqası İspaniya La Liqasıdır - 5,57 milyard avro. 3-lüyü İtaliya A seriyası tamamlayır - 5,44 milyard avro.