...

DB və BVF-də üzv ölkələr tərəfdaşlıq imkanlarının genişləndirilməsini müzakirə ediblər

İqtisadiyyat Materials 17 Oktyabr 2025 17:48 (UTC +04:00)
DB və BVF-də üzv ölkələr tərəfdaşlıq imkanlarının genişləndirilməsini müzakirə ediblər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda Seçki Qrupuna üzv ölkələr arasında tərəfdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazimovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın da daxil olduğu Seçki Qrupunun növbəti İllik Toplantısında iştirak edib.

Toplantıda Seçki Qrupunda təmsil olunan ölkələrdə inkişaf dinamikası, makroiqtisadi sabitliyin təmin olunması və maliyyə inklüzivliyinin genişləndirilməsi kimi mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti