...

Doqquz ayda 265 mindən çox mülkiyyət hüququ qeydiyyata alınıb

İqtisadiyyat Materials 17 Oktyabr 2025 16:25 (UTC +04:00)
Doqquz ayda 265 mindən çox mülkiyyət hüququ qeydiyyata alınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində 265.369 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Trend dövlət xidmətinə istinadən xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 49.717-si (18,7 %) ilkin, 215.652-si (81,3 %) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2025-ci ilin yanvar-sentyabr ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 51.148, mənzil – 68.527, torpaq sahəsi – 136.091, qeyri-yaşayış binası – 2.290, qeyri-yaşayış sahəsi – 6.696, əmlak kompleksi – 519, çoxmərtəbəli yaşayış binası – 95 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 75.193-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-sentyabr ayları ərzində 186.410 texniki pasport tərtib edilib, 44.760 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti