...

Mağazada təhlükəli vəziyyətdə qalan şəxs xilas olunub

Hadisə Materials 18 Oktyabr 2025 14:30 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində mağazada vətəndaşın təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2008-ci il təvəllüdlü Əzimov Əli Əkbər oğlu marketin daxilində istifadə olunan qaldırıcı qurğu ilə yükləri qaldırarkən müvazinətini itirərək yıxılıb və ayağı qurğu ilə divarın arasında sıxılılaraq təhlükəli vəziyyətdə qalıb.

Qeyd edilib ki, xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə Ə.Əzimovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti