...

İngiltərənin "Nottinqem Forest" klubunun baş məşqçisi istefaya göndərilib

İdman Materials 18 Oktyabr 2025 19:30 (UTC +04:00)
İngiltərənin "Nottinqem Forest" klubunun baş məşqçisi istefaya göndərilib

Bakı. Trend:

Avstraliyalı mütəxəssis Anqelos Postekoqlu İngiltərənin "Nottinqem Forest" futbol klubunun baş məşqçisi vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti xəbər verib.

""Nottinqem Forest" bildirir ki, Anqelos Postekoqlu məyusedici nəticələrdən sonra dərhal baş məşqçi vəzifəsindən azad edilib", - deyə klubun bəyanatında bildirilib.

Bu gün İngiltərə çempionatının səkkizinci turunda "Nottinqem " evdə "Çelsi"yə 3:0 hesabı ilə uduzub, komandanın bütün yarışlardakı qələbəsiz seriyası 10 matça çatıb. Komanda 5 xalla çempionat cədvəlində 17-ci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti