...

“Əl-Hilal”ın futbolçusu “Fənərbaxça”ya keçə bilər

İdman Materials 18 Oktyabr 2025 17:56 (UTC +04:00)

Bakı. Trend:

"Əl-Hilal"ın futbolçusu Sergey Milinkoviç-Saviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, "Fənərbaxça" serbiyalı yarımmüdafiəçini transfer etmək istəyir.

İstanbul nəhəngi 30 yaşlı orta xətt oyunçusunu yanvar ayında heyətinə qatmaq istəyir. Təcrübəli futbolçunun klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti