Bakı. Trend:
Federal hökumətin bağlanması (şatdaun) davam edərsə, ABŞ administrasiyası ekstremal tədbirlərə əl atıb Demokratlar Partiyasının dəstəklədiyi bir çox proqramları daimi olaraq məhdudlaşdıra bilər.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset bildirib.
"Hökumət gələn həftə işini bərpa etməsə nə olacağını görəcəyik. Bunun nə qədər davam edəcəyini həqiqətən bilmirəm. Respublikaçılar son tədbirlərə əl atmalı ola bilər", - deyə K.Hesset qeyd edib.
O, şatdaunun baş verməsində administrasiyanın Demokratlar Partiyasından olan siyasi opponentləri günahlandırıb.