...

Fransanın keçmiş prezidenti cəzasını təcridxanada çəkəcək - KİV

Dünya xəbərləri Materials 19 Oktyabr 2025 07:41 (UTC +04:00)
Fransanın keçmiş prezidenti cəzasını təcridxanada çəkəcək - KİV

Bakı. Trend:

Fransanın keçmiş prezidenti (2007-2012) 2007-ci ildə seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ilə bağlı 5 il müddətinə azadlıqdan məhrum edilən Nikolya Sarkozi cəzasını Sante həbsxanasında təkadamlıq kamerada çəkəcək.

Trend-in məlumatına görə, bu barədə "BFMTV" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, həbsxana Parisdə yerləşir və xüsusi təhlükəsizlik tədbirləri tələb edən məhbusların saxlanması üçün nəzərdə tutulmuş bölməyə malikdir.

Sarkozi yaşı (70 yaş) və geniş şöhrətinə görə oktyabrın 21-də təcridxanaya köçürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti