...

Bu il Azərbaycan Tibb Universitetindən neçə rezident məzun olacaq?- AÇIQLAMA

Cəmiyyət Materials 19 Oktyabr 2025 10:52 (UTC +04:00)
Bu il Azərbaycan Tibb Universitetindən neçə rezident məzun olacaq?- AÇIQLAMA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hal-hazırda Azərbaycan Tibb Universitetində 737 rezident təhsil alır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova məlumat verib.

O bildirib ki, ATU-da təhsil alan rezidentlərdən 138 nəfəri cari tədris ilində məzun olacaq:

"Tibb Universitetindən 2023-cü ildə 152 rezident, 2024-cü ildə isə 133 rezident məzun olub".

Qeyd edək ki, bu il qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 603 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 585 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti