Bakı. Trend:
Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları “Paralel dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı növbəti genişmiqyaslı əməliyyat keçiriblər.
Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
İki həftə davam edən əməliyyatlar ölkənin 32 əyalətində həyata keçirilib. Nəticədə ümumilikdə 62 nəfər saxlanılıb, onlardan 41-i məhkəmə qərarı ilə həbs edilib.
Şübhəlilərin terror təşkilatları ilə əlaqədə olmaqda, cinayətkar qurumları maliyyələşdirməkdə və FETÖ ideologiyasını təbliğ etməkdə ittiham olunduqları bildirilir.