...

Azərbaycan amputant millisi Niderland üzərində qələbə qazanıb

İdman Materials 19 Oktyabr 2025 15:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda keçirilən Millətlər Liqasının C qrupunda növbəti oyununu keçirib.

Trend xəbər verir ki, Ramil Həbibovun başçılıq etdiyi komanda Niderland yığması ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Matçın yeganə qolunu 50-ci dəqiqədə Sənan Hacıyev vurub.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Belçikanı 3:0 hesabı ilə məğlub edib, İsraillə isə qolsuz bərabərə qalıb. Komanda növbəti matçını bu gün Ukrayna millisinə qarşı keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti