...

Ferstappen Formula 1 üzrə ABŞ Qran Prisinin təsnifat mərhələsinin qalibi olub

İdman Materials 19 Oktyabr 2025 08:26 (UTC +04:00)
Ferstappen Formula 1 üzrə ABŞ Qran Prisinin təsnifat mərhələsinin qalibi olub

Bakı. Trend:

"Red Bull" komandasının Niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə ABŞ Qran Prisinin təsnifat mərhələsinin qalibi olub.

Trend-in məlumatına görə, yarış Texas ştatının Ostin şəhərində keçirilir.

Böyük Britaniyalı Lando Norris ("McLaren") ikinci yeri tutub. Moneqasklı Şarl Lekler ("Ferrari") üçüncü olub. Ötən gün M.Ferstappen sprint yarışında qalib gəlib.

Əsas yarış bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti