...

"Bavariya" "Borussiya"nı məğlub edib - Almaniya Bundesliqası

İdman Materials 18 Oktyabr 2025 22:55 (UTC +04:00)
"Bavariya" "Borussiya"nı məğlub edib - Almaniya Bundesliqası

Bakı. Trend:

Almaniya futbol çempionatının 7-ci turu çərçivəsində "Bavariya" komandası doğma meydanda Dortmund "Borussiya"sını 2:1 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş Münhendəki "Allianz Arena"da baş tutub.

Qalib komandanın heyətində qolları Harri Keyn (22-ci dəqiqə) və Maykl Olişe (79) vurublar. "Borussiya"nın heyətində Yulian Brandt (84) fərqlənib.

"Bavariya" bu mövsüm xal itirməyib. Vensan Kompaninin yetirmələri Almaniya çempionatında yeddinci qələbəsini qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti