Bakı. Trend:
Banqladeşdə Dəkkə hava limanının yük hissəsində yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə yerli "The Daily Star" qəzeti xəbər verib.
Hadisə yerindən çəkilmiş görüntülərdə yanğınsöndürənlərin alovla mübarizə apardığı və hava limanının binasından güclü tüstünün yüksəldiyi görünür.
Bildirilib ki, yanğın yerli vaxtla saat 14:15-də başlayıb və 17:00-da söndürülüb. Onun söndürülməsinə 36 texnika cəlb olunub.
Hava limanında baş verən yanğınla əlaqədar axşam saat 21:00-a qədər bütün reyslər təxirə salınıb.