...

HƏMAS daha iki girovun cəsədini İsrailə təhvil verəcək

Dünya xəbərləri Materials 18 Oktyabr 2025 21:51 (UTC +04:00)

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı daha iki israilli girovun cəsədini yerli vaxtla saat 22:00-da Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcək.

Trend-in məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadası"nın Telegram kanalında bildirilib.

"[İsrailli girovların] fələstinli məhbuslarla dəyişdirilməsinə dair razılaşma çərçivəsində iki əsir cəsədin saat 22:00 radələrində [tibb] əməkdaşlarına təhvil verilməsi qərara alınıb", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti