...

Narkotik kartelinə aid sualtı qayığı ABŞ ordusu tərəfindən məhv edilib - Tramp

Dünya xəbərləri Materials 19 Oktyabr 2025 00:33 (UTC +04:00)
Narkotik kartelinə aid sualtı qayığı ABŞ ordusu tərəfindən məhv edilib - Tramp

Bakı. Trend:

ABŞ ordusu ABŞ-yə doğru hərəkət edən "narkotiklər daşıyan böyük sualtı qayığını" məhv edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Birləşmiş Ştatlara doğru hərəkət edən narkotik qaçaqmalçılığı ilə məşğul olan böyük sualtı qayığı məhv etmək mənim üçün şərəf idi. ABŞ kəşfiyyatı gəmidə fentanil və digər qeyri-qanuni maddələrin daşındığını təsdiqləyib", - deyə o bildirib.

O, həmçinin əlavə edib ki, qayıqda olan dörd nəfərdən ikisi ölüb, sağ qalan iki nəfər isə öz ölkələrinə - Ekvador və Kolumbiyaya qaytarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti