Bakı. Trend:
ABŞ-nin Denver şəhərindən Los-Ancelesə uçan "United Airlines" aviaşirkətinə məxsus "Boeing 737 MAX" tipli təyyarə Solt-Leyk-Sitidə məcburi eniş etməli olub.
Trend xəbər verir ki, bu barədə "The Aviation Herald" məlumat yayıb.
Hadisəyə səbəb təyyarə 11 000 metr hündürlükdə olarkən ön şüşənin bir hissəsində çatın yaranması olub.
Xəbərdə bildirilir ki, “təyyarə laminasiya olunmuş ön şüşənin bir qatındakı çatı aradan qaldırmaq üçün öz marşrutundan çıxıb”.
Sərnişinlər aviaşirkətin təqdim etdiyi əvəzedici təyyarə ilə altı saatlıq gecikmədən sonra Los-Ancelesə çatdırılıblar.