...

Azərbaycanlı güləşçilər Dünya seriyasının final mərhələsində yarımfinala yüksəliblər

İdman Materials 19 Oktyabr 2025 17:35 (UTC +04:00)
Azərbaycanlı güləşçilər Dünya seriyasının final mərhələsində yarımfinala yüksəliblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya seriyasının final mərhələsi davam edir.

Trend xəbər verir ki, Azərbaycan millisinin üç idmançısı turnirin yarımfinalına vəsiqə qazanıb.

Vüsal Əliyev və Sahib Dadaşov (hər ikisi – 80 kq) yarımfinalda bir-biriləri ilə qarşılaşacaqlar ki, bu da komandamıza ən azı bir finalçı yerini təmin edir.

Digər təmsilçimiz İbrahim Yusubov (90 kq) isə ABŞ idmançısına qarşı yarımfinal görüşünə çıxacaq.

Qeyd edək ki, mərhələnin sonunda bütün çəki dərəcələri üzrə dünya çempionları müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti