Bakı. Trend:
Bakıda keçirilən amputant futbolu üzrə Millətlər Liqasının C qrupunun oyunlarına yekun vurulub.
Trend xəbər verir ki, bağlanış matçında Azərbaycan və Ukrayna komandaları üz-üzə gəlib. **“ASCO Arena”**da təşkil olunan qarşılaşma Ukraynanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz turnir ərzində Belçikaya 3:0, Niderlanda 1:0 hesabı ilə qalib gəlib və İsraillə golsuz heç-heçə edib.
Qeyd olunur ki, turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması və minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.