...

Yurgen Klopp Almaniya Futbol Liqasının ekspertlər komitəsinə daxil olub

İdman Materials 19 Oktyabr 2025 21:05 (UTC +04:00)
Yurgen Klopp Almaniya Futbol Liqasının ekspertlər komitəsinə daxil olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Borussiya Dortmund" və "Liverpul" klublarının keçmiş baş məşqçisi Yurgen Klopp Almaniya Futbol Liqasının (DFL) yeni ekspertlər komitəsinin tərkibinə seçilib.

Trend xəbər verir ki, bu barədə məlumatı "The Sun" nəşri yayıb.

Komitənin əsas vəzifəsi alman futbolunun inkişafı, böyüməsi və ümumi rəqabət qabiliyyətinin artırılması üçün səylərin həyata keçirilməsi olacaq.

Elit qrupa Kloppdan başqa, "Real Madrid"in sabiq futbolçusu Sami Xedira və bir neçə Bundesliqa klubunun rəhbərləri də daxildir.

Qeyd olunur ki, bu, Kloppun bu ilin əvvəlində "Liverpul"dan ayrıldıqdan sonra futbolda ilk rəsmi işidir. O, həmçinin "Red Bull"dakı vəzifəsində qalmağa davam edəcək.

Xəbər lenti

Xəbər lenti