...

"Mançester Yunayted" "Liverpul"u məğlub edib - İngiltərə Premyer Liqası

İdman Materials 19 Oktyabr 2025 22:12 (UTC +04:00)
"Mançester Yunayted" "Liverpul"u məğlub edib - İngiltərə Premyer Liqası

Bakı. Trend:

İngiltərə Premyer Liqasında VIII turun mərkəzi oyunu keçirilib.

Trend xəbər verir ki, mövsümə uğursuz başlayan "Mançester Yunayted" səfərdə "Liverpul"un qonağı olub. "Enfild" stadionunda oynanılan qarşılaşma "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mançester təmsilçisinin heyətində qolları Brayan Mbemo və Harri Maquayr vurublar. Mersisayd klubunda isə Kodi Qakpo fərqlənib.

Bu nəticədən sonra xallarını 13-ə çatdıran "Mançester Yunayted" 9-cu pilləyə yüksəlib. "Liverpul" isə 15 xalla üçüncüdür.

Qeyd edək ki, turnir cədvəlinə 19 xalı olan "Arsenal" başçılıq edir. Liderdən 3 xal az toplayan "Mançester Siti" 2-ci sırada qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti