...

Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru sərbəst buraxılıb və Rusiyaya yola salınıb

Siyasət Materials 19 Oktyabr 2025 23:58 (UTC +04:00)
Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru sərbəst buraxılıb və Rusiyaya yola salınıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx həbsdən azad edilib və Rusiyaya yola salınıb.

Bu barədə Trend-ə məlumatlı mənbədən bildiriblər.

Qeyd edilib ki, İqor Kartavıxın qarşılığında isə Rusiya tərəfi Moskva Akademik Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayevi azadlığa buraxıb.

Qeyd edək ki, Sputnik Azərbaycan” İnformasiya Agentliyinin ofisində iyun ayında polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və baş redaktor Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Onlar Xətai Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 4 ay müddətinə həbs olunmuşdular.

Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırma cinayətlərində ittiham olunurdular.

Xəbər lenti

Xəbər lenti