Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə dünən keçirilən aksiyanın 14 iştirakçısını yolu bağladıqları üçün saxlayıb.
Trend xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılanlar arasında müxalif “Formula” telekanalının jurnalisti Vaxo Sanaya və Leyboristlər Partiyasının üzvü Laşa Çxartişvili də var. Digər 13 nəfər barəsində isə inzibati icraat aparılır.
Daxili İşlər Nazirliyi bildirib ki, aksiya iştirakçıları çox olmasa da, Rustaveli prospektini bağlayıblar.