Bakı. Trend:
ABŞ-nin Merilend ştatında ağır yol qəzası nəticəsində 11 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “ABC News” məlumat yayıb.
Hadisə Bladensburq yaşayış massivində baş verib. Məlumata görə, avtomobilin çadıra çırpılması nəticəsində 9-u azyaşlı olmaqla 11 nəfər xəstəxanaya yerləşdirilib. Qəza zamanı iki qadın da yaralanıb.
Bildirilib ki, yeni doğulmuş körpə və bir azyaşlı qızın vəziyyəti ağırdır. Digər yaralıların isə ciddi xəsarətləri olsa da, həyatları üçün təhlükə yoxdur.
Hazırda qəzanın səbəbləri araşdırılır.