...

Azərbaycan cüdoçuları Qvadalaxarada Qran-pridə parlaq nəticə göstəriblər (FOTO)

İdman Materials 19 Oktyabr 2025 09:24 (UTC +04:00)
Azərbaycan cüdoçuları Qvadalaxarada Qran-pridə parlaq nəticə göstəriblər (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-pri turnirində ümumilikdə üç medal qazanıblar — iki qızıl və bir bürünc.

Trend xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov finalda Çexiya təmsilçisi Husniddin Kərimovu məğlub edərək qızıl medal əldə edib.

Eyni uğura 81 kq çəki dərəcəsində yarışan Vüsal Qələndərzadə də imza atıb. O, həlledici görüşdə finlandiyalı Eetu İhanamakini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev isə üçüncü yer uğrunda görüşdə kanadalı Castin Lemirzeni məğlub edərək bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti