...

HƏMAS Netanyahunu Qəzza razılaşmasını pozmaqda ittiham edib

Dünya xəbərləri Materials 19 Oktyabr 2025 04:23 (UTC +04:00)
HƏMAS Netanyahunu Qəzza razılaşmasını pozmaqda ittiham edib

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza zolağında atəşkəs razılaşmasını pozmaqda ittiham edib.

Trend-in məlumatına görə, bu barədə hərəkatın bəyanatında bildirilib.

HƏMAS bildirib ki, İsrailin baş nazirinin Misirlə Qəzza zolağı arasında olan "Rəfah" buraxılışı məntəqəsini açmaqdan imtina etməsi atəşkəs razılaşmasının kobud şəkildə pozulması və İsrailin vasitəçilər qarşısında götürdüyü öhdəliklərin “inkarı”dır.

Hərəkatın bəyanatında deyilir ki, nəzarət-buraxılış məntəqəsinin davamlı olaraq bağlanması, o cümlədən yaralıların ölkəni tərk etməsinin qarşısının alınması və məhbusların cəsədlərinin axtarışı üçün texnikanın və ixtisaslaşmış qrupların ölkəyə daxil olması “ölülərin cəsədlərinin axtarışı və qaytarılmasının ləngiməsinə” səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti