...

Çin ABŞ kəşfiyyatını Milli Zaman Mərkəzinə kiberhücumda ittiham edib

Turizm Materials 19 Oktyabr 2025 17:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Dövlət Təhlükəsizlik Nazirliyi ABŞ kəşfiyyat orqanlarını məxfi məlumatları oğurlamaqda və Milli Zaman Mərkəzinin şəbəkələrinə hücum etməkdə ittiham edib.

Trend xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.

Məlumata görə, kiberhücumlar mərkəzin normal fəaliyyətinə təsir göstərə bilərdi. Şaansi əyalətinin Sian şəhərində yerləşən və Çin Elmlər Akademiyasına bağlı olan Milli Zaman Mərkəzi ölkədə dəqiq standart vaxtın ötürülməsinə cavabdehdir.

Çinin əks-kəşfiyyat agentliyinin məlumatına əsasən, ABŞ Milli Təhlükəsizlik Agentliyi 2022-ci ilin martında həssas məlumatları oğurlamağa başlayıb. 2023-cü ilin aprelində isə ABŞ kəşfiyyatı mərkəzin kompüter sistemlərinə daxil olmaq və şəbəkələrini öyrənmək üçün oğurlanmış parollardan istifadə edib.

Bildirilib ki, hücumlar zamanı ABŞ, Avropa və Asiyada yerləşən virtual serverlərdən istifadə olunub. Çin dövlət təhlükəsizlik orqanları hücumlara dair sübutlar aşkar edərək, Milli Zaman Mərkəzinə araşdırma aparmaq, hücumları dayandırmaq və təhlükəsizlik protokollarını gücləndirmək tapşırığı verib.

Xəbər lenti

Xəbər lenti