Bakı. Trend:
Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) ilə müxalif Yaponiya İnnovasiya Partiyası (YİP) Takaiçi Sanaenin ölkənin Baş naziri vəzifəsinə namizədliyini dəstəkləmək barədə razılıq əldə edib.
Trend xəbər verir ki, tərəflərin koalisiya hökumətinin qurulmasına dair razılaşma imzalayacağı gözlənilir. Görüşlər zamanı əsas məsələlər – konstitusiya islahatları, xarici siyasət və milli təhlükəsizlik sahələrində mövqelərin uyğun olduğu vurğulanıb.
Ekspertlərin fikrincə, bu razılaşma LDP sədri Takaiçi Sanaeyə oktyabrın 21-də parlamentdə keçiriləcək səsvermədə Baş nazir seçilməsi üçün kifayət qədər dəstək qazandıracaq.
Qeyd edək ki, hazırkı Baş nazir Şiqeru İşiba hakim partiyanın rəhbərliyindən istefa verdikdən sonra oktyabrın 4-də keçirilən seçkilərdə Takaiçi Sanae partiyanın sədri seçilib. O, hakim partiyanın ilk qadın rəhbəri olmaqla yanaşı, Yaponiya tarixində ilk qadın Baş nazir ola bilər.