...

Filippində "Fenqşen" tropik qasırğası 8 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 19 Oktyabr 2025 19:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bazar günü Filippində "Fenqşen" tropik qasırğası nəticəsində 8 nəfər ölüb, iki nəfər isə itkin düşüb.

Trend xəbər verir ki, bu barədə məlumatı ölkənin mülki müdafiə agentliyi yayıb.

Manilanın cənub-şərqindəki Keson əyalətindəki Pitoqo bələdiyyəsində ağacın onların üzərinə aşması nəticəsində 5 nəfər, ölkənin mərkəzi hissəsindəki Qərbi Visayas bölgəsində isə 3 nəfər həlak olub.

Filippinin cənubundakı Bukidnon əyalətinin Keson Bələdiyyəsində torpaq sürüşməsi nəticəsində itkin düşən 2 nəfərin axtarışı davam edir.

Qeyd edək ki, oktyabrın əvvəlində güclü zəlzələdən sonra Filippində sunami xəbərdarlığı verilmişdi.

Xəbər lenti

Xəbər lenti