...

Azərbaycanın APA-ya sədrliyi dövründə assambleyanın institusional inkişafı ilə bağlı mühüm addımlar atılıb - Sahibə Qafarova

Siyasət Materials 19 Oktyabr 2025 21:08 (UTC +04:00)
Azərbaycanın APA-ya sədrliyi dövründə assambleyanın institusional inkişafı ilə bağlı mühüm addımlar atılıb - Sahibə Qafarova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

APA-ya sədrliyi dövründə Azərbaycan assambleyanın institusional potensialının inkişafı, sıralarının genişləndirilməsi, mövcud orqanların səmərəliliyinin artırılması ilə bağlı bir sıra təşəbbüslər irəli sürüb.

Trend xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) İsveçrənin Cenevrə şəhərində keçirilən Koordinasiya görüşündəki çıxışında bildirib.

Azərbaycanın təşkilata sədrlik etməyə başladığı 2024-cü ildən bəri görülən işlər haqqında məlumat verən Sahibə Qafarova bildirib ki, bu müddət ərzində Assambleya çərçivəsində əməkdaşlıq və dialoqun genişləndirilməsi istiqamətində səylər göstərilib. Azərbaycan birgə işin daha da gücləndirilməsi - APA-nın institusional potensialının inkişafı, sıralarının genişləndirilməsi, mövcud orqanların səmərəliliyinin artırılması ilə bağlı bir sıra prioritetlər irəli sürüb. Sözügedən dövrdə təşkilatın sıraları genişlənib. Belə ki, Oman Sultanlığının Şura Məclisi APA-nın tamhüquqlu üzvü olub, və Belarus Respublikası Milli Məclisinin Respublika Şurası müşahidəçi statusu qazanıb, APA-da müşahidəçi statusu olan beynəlxalq təşkilatların da sayı artırılıb, Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasına müşahidəçi statusu verilib.

Qeyd olunub ki, Azərbaycanın sədrliyi dövründə APA büdcəsinin formalaşdırılması qərarı ilə bağlı konsensus əldə olunub ki, bu da Assambleyanın imkanlarının daha da gücləndirilməsi və artırılması üçün çox vacibdir.

Xəbər lenti

Xəbər lenti