Bakı. Trend:
İranın Kerman əyalətində 4.3 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Ənbərabad şəhərinin Mərdehək bölgəsində yerin 10 km dərinliyində olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.