Bakı. Trend:
İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.
Trend xəbər verir ki, İtaliya sahil mühafizə xidmətinin patrul gəmiləri adadan təxminən 16 dəniz mili uzaqda 91 nəfəri xilas edib. Onlardan 3-ü intubasiya olunub və helikopterlə quruya daşınıb.
Qayıqla bağlı əməliyyata “Frontex” təyyarəsindən verilən məlumat əsasında başlanıb.
Qeyd edək ki, ilin əvvəlindən Aralıq dənizində 700-dək miqrant ölüb və ya itkin düşüb.