...

Kilian Mbappe Ronaldonun rekordunu təkrarlayıb

İdman Materials 20 Oktyabr 2025 03:31 (UTC +04:00)
Kilian Mbappe Ronaldonun rekordunu təkrarlayıb

Bakı. Trend:

Madrid “Real”ı La Liqanın 9-cu turunda “Xetafe” ilə keçirdiyi oyunda yeganə qolunun müəllifi Kilian Mbappe olub.

Trend xəbər verir ki, Fransalı hücumçu ardıcıl 11-ci görüşdə həm klub, həm də yığma səviyyəsində qol vurub.

La Liqada mövsümün ilk 9 oyununda onun aktivində artıq 10 qol var.

"Opta"nın məlumatına görə, Mbappedən əvvəl bu göstəriciyə yalnız Kriştianu Ronaldu nail olub. Portuqaliyalı ulduz 2014/15 mövsümündə ilk 9 qarşılaşmada 17 qol vurmuşdu.

Xəbər lenti

Xəbər lenti