...

Şəmkirdə bədbəxt HADİSƏ: avtomobilin təkərini dəyişən kişi vəfat etdi

Hadisə Materials 20 Oktyabr 2025 09:05 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkir sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

Trend xəbər verir ki, rayon sakini İsa Qasımov oktyabrın 19-da yaşadığı evdə vəfat edib.

Belə ki, həyətdəki çardağın altında atasına məxsus avtomobilin ön sol təkərini dəyişən zaman qaldırıcının qəfil sürüşməsi nəticəsində İ.Qasımovun başı həmin nəqliyyat vasitəsinin altında qalıb.

Rayon sakini aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti