...

Avropa yay vaxtına birdəfəlik keçidi müzakirə edir

Dünya xəbərləri Materials 20 Oktyabr 2025 15:31 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın Baş naziri Pedro Sançez Avropa İttifaqına (Aİ) 2026-cı ildən etibarən daimi yay vaxtına keçilməsi ilə bağlı müraciət edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Sançez bu barədə yayımladığı videomüraciətdə bildirib.

Baş nazir qeyd edib ki, saatların il ərzində iki dəfə dəyişdirilməsi artıq faydasız və köhnəlmiş bir təcrübədir. Onun sözlərinə görə, bu sistem nə enerjiyə qənaət edir, nə də insanların həyat keyfiyyətinə müsbət təsir göstərir. Əksinə, bioritm pozğunluğu və gündəlik rejimdə çətinliklər yaradır.

İspaniya hökumətinin məlumatına əsasən, məsələ Aİ-nin enerji və nəqliyyat nazirlərinin növbəti iclasında müzakirəyə çıxarılacaq. Təşəbbüs, yay-qış saat dəyişikliyinin ləğvini və saatların daimi olaraq yay vaxtında saxlanılmasını nəzərdə tutur.

Məlumata görə, ölkə əhalisinin təxminən 66 faizi bu təşəbbüsü dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti