...

Britaniyalı hərbçilərə naməlum dronları vurmağa icazə veriləcək

Dünya xəbərləri Materials 20 Oktyabr 2025 10:48 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada hərbçilərin hərbi hissələrə təhdid yaradan pilotsuz uçuş aparatlarını vurmağa icazə veriləcək.

Trend bu barədə Britaniya KİV-ə istinadla xəbər verir.

Məlumata əsasən, Britaniyanın Müdafiə naziri Con Hili bu qərarı bu gün elan etməyə hazırlaşır. Zərərsizləşdirmə ilə bağlı qərarın yalnız hərbi hissələrə yaxınlığından uçan dronlara şamil olunacağı deyilir.

Xatırladaq ki, sentyabr ayının sonlarında bir sıra NATO ölkələrinin hava limanlarında və sərhədyanı ərazilərində naməlum pilotsuz uçuş aparatları peyda olmağa başlayıb. Təhlükəsizlik məqsədilə Oslo, Kopenhagen, Olborq və Danimarka və Norveçin bir sıra başqa aeroportları bir neçə dəfə bağlanmalı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti