Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumatı 2025-ci il oktyabrın 22-də ictimaiyyətə açıqlayacaq.
Bu barədə Trend AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək.
"Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcək", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı sonuncu dəfə iyul ayının 23-də son bir ildə ilk dəfə olaraq uçot dərəcəsini 7,25%-dən 7%-ə endirib. Sentyabrın 10-da isə tənzimləyici qurum uçot dərəcəsini sabit saxlayıb.