...

Azərbaycan və beynəlxalq maliyyə institutları arasında tərəfdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib

İqtisadiyyat Materials 20 Oktyabr 2025 13:06 (UTC +04:00)
Azərbaycan və beynəlxalq maliyyə institutları arasında tərəfdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və beynəlxalq maliyyə institutları arasında tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində bir sıra maliyyə institutları ilə görüşüb.

Abu-Dabi Kommersiya Bankı, “Mizuho Bank”, “UBS”, Nyu-York Federal Ehtiyatlar Sistemi kimi maliyyə qurumları ilə keçirilən görüşlərdə qlobal makroiqtisadi vəziyyət, Azərbaycanın maliyyə sektorunun cari trendləri və inkişaf perspektivləri, həmçinin maliyyə sektorları arasında tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, 13-18 oktyabr tarixlərini əhatə edən ABŞ səfəri çərçivəsində keçirilmiş görüşlər Mərkəzi Bankın, eləcə də ölkənin maliyyə sektorunun beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının daha da gücləndirilməsi, o cümlədən beynəlxalq tərəfdaşlarla strateji dialoqunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti