...

Azərbaycanda hidrogen strategiyasının icrası üçün məsləhətçi şirkətin seçimi yekunlaşır

Yaşıl iqtisadiyyat Materials 20 Oktyabr 2025 10:31 (UTC +04:00)
Azərbaycanda hidrogen strategiyasının icrası üçün məsləhətçi şirkətin seçimi yekunlaşır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda hidrogen strategiyasının icrası üçün məsləhətçi şirkətin seçimi yekunlaşmaq üzrədir.

Trend xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr Energetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində bildirilib.

“Bu gün diqqətimizi sıfır emissiyalı gələcəyə aparan digər əsas enerji mənbəyi - hidrogenə də yönəldirik. Hidrogen Azərbaycanın “yaşıl inkişaf” və enerji təchizatçısı gündəliyinin tərkib hissəsidir. Ölkəmizdə hidrogenin müxtəlif növlərinin istehsalı, istehlakı və ixracını əhatə edən Milli Strateji Baxış Sənədinin icrası üçün Fəaliyyət Planının hazırlanması məqsədilə məsləhətçi şirkətin seçilməsi prosesi yekunlaşmaq üzrədir”, - məqalədə qeyd edilib.

Vurğulanıb ki, bu plan Azərbaycanın hidrogen sahəsində sistemli və məqsədyönlü irəliləyişini təmin edərək, ölkənin qlobal enerji trendlərinə uyğunlaşmasını sürətləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti