Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avstriyaya 42,7 milyon dollar dəyərində 90,2 min ton bitumlu süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac edilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,2 milyon dollar və ya 10,9 faiz az, lakin həcm baxımından 4 min ton və ya 5 faiz çoxdur.
Ötən ilin ilk doqquz ayında Azərbaycandan Avstriyaya 47,9 milyon ABŞ dolları dəyərində 85,9 min ton bitumlu süxurlardan əldə edilmiş neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları dəyərində 16,996 milyon ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac edilib.